7 Sentyabr 2023 11:15
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatı çərçivəsində baş tutan bu tədbir təşkilata üzv və müşahidəçi dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi üzrə Nazirlərinin İkinci İclasında Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində dövlətlərimiz arasında hərtərəfli münasibətlər ildən-ilə sürətlə genişlənib:

"Sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb. 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələ ilə mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsi idi. Bu çərçivədə, fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur".

Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən nazir Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətinə də toxunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər