7 Sentyabr 2023 11:45
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fövqəladə hadisələrdən az zərər görmək üçün güclərimizi maksimum dərəcədə birləşdirməliyik".

Teleqraf.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O bildirib ki, türk dövlətlərinin birgə əməkdaşlıqları vacib addımdır: "Ölkə başçıları bu birliyə, qardaşlığa böyük önəm verir. Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi ilə bağlı birlikdə işlər görürür. İndiyə qədər işçi qrupların 6 iclası keçirilib. İclaslarla bağlı işçi qrupları adiyyəti üzrə məruzələr ediblər.

Hazırda məqsəd təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin, o cümlədən təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər