7 Sentyabr 2023 17:44
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonun Baş Göynük avtomobil yolunun 10-12-ci km-də ciddi fəsadlar törədib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, həmin avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər