Elm və Təhsil Nazirliyi (ETN) “Salam, Məktəb!” adlı kampaniyaya start verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 1-dək davam edəcək kampaniyada müəllim, şagird, tələbə və valideynlərə xitab edilir:
“Əziz müəllim, əziz şagird, əziz tələbə, əziz valideyn! Bu çağırış sizin üçündür. Sosial media hesablarınızda məktəb, müəllim və övladınıza aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşa bilərsiniz”.