Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əlavə məlumat veriləcək.