12 Sentyabr 2023 16:12
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, düşərgədə iştirak edən 100 nəfər gənc mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar. Bu çərçivədə, “Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçıları kollektiv mühafizə qurğularından istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları və digər sahələr üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Təlimlər Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı əməkdaşları tərəfindən keçirilir.

Ümumilikdə 5 gün müddətində keçirilməsi nəzərdə tutulan layihəni uğurla başa vuran iştirakçılara Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən müvafiq sertifikat təqdim ediləcək və bu gənclər fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak edə biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər