14 Sentyabr 2023 10:47
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin Əsasnaməsinin layihəsi müzakirə edilib.

Kollegiyanın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, iclasda əvvəl Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova məruzə edərək Əsasnamənin müddəalarını Rəyasət Heyətinin üzvlərinin nəzərinə çatdırıb.

Müzakirə olunan əsasnamədə komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri, səlahiyyətləri, strukturu və s. məsələlər öz əksini tapıb.

Əsasnaməyə görə, komitə 9 üzvdən ibarət olacaq.

Nəzərə çatdırılıb ki, "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi” peşə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı vəkillərin hüquqlarının müdafiəsinə dair tədbirlər görəcək, müraciətləri araşdıracaq, təklif və tövsiyyələr hazırlayacaq.

Müzakirəyə çıxarılan Əsasnamə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul olunub. Rəyasət Heyətinin üzvləri - İlhamə Həsənova ilə Ramiz İbrahimov Komitəyə həmsədr seçilib.

Kollegiyanın sədri Anar Bağırov çıxışında "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin yaradılmasını müsbət qiymətləndirib, Komitənin işinin təşkili istiqamətində zəruri əməli tədbirlərin görüləcəyini vurğulayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər