14 Sentyabr 2023 18:38
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.

Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər