18 Sentyabr 2023 16:31
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.

Teleqraf.com xəbər verir ki, keçirilən kurslarda Mərkəzin zabitləri ilə rayon fövqəladə hallar və mülki müdafiə şöbələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər