Sentyabrın 11-dən 17-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 142 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 832 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 131 nəfər müalicə olunaraq sağalıb, 10 min 302 nəfər vəfat edib. Aktiv xəstə sayı 147 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 12, bu günə qədər isə ümumilikdə 7 milyon 680 min 488 test icra olunub.