19 Sentyabr 2023 12:41
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi siz köhnə smartfonunuzu “Nar” mağazalarında sərfəli qiymətə və rahat şəkildə sata bilərsiniz. “Nar” mağazasında telefonunuzun dəyərləndirilməsi xüsusi tətbiq vasitəsilə, şəffaf və sürətli aparılır.

Tətbiq bir çox parametrlər üzrə smartfonunuzu yoxlayır və müvafiq qiyməti təyin edir. Smartfonunuzu elə yerindəcə təyin olunmuş qiymətə təhvil verə və ödənişinizi dərhal əldə edə bilərsiniz. Üstəlik, xidmətdən yararlanan hər bir “Nar” abunəçisi 30GB-dək internet bonusu əldə edəcək.

Bu xidmət Türkiyənin “EasyCep” şirkətilə “Nar”ın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Beləliklə, “Nar” Azərbaycanda işlənmiş telefonların alışını rəsmi şəkildə həyata keçirməyə başlayan ilk mobil operator oldu.

Telefonunuzu sərfəli şəkildə satmaq üçün “Nar”ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən 19 eksklüziv diler mağazalarından birinə yaxınlaşmaq kifayətdir.

Qeyd edək, “EasyCep” Türkiyənin ən böyük yenilənmiş elektronik cihaz satış şəbəkəsidir. Şirkət mobil telefon, planşet, noutbuk və bənzər cihazların sahibindən satın alaraq yenilənmiş şəkildə və zəmanətlə şatışını həyata keçirir.

“Nar” və “EasyCep” şirkətləri arasında əməkdaşlıq müştərilərinə müxtəlif xidmətləri bir mərkəzdən göstərmək və üstün müştəri təcrübəsini təmin etmək məqsədi daşıyır.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidməti göstərir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. Mobil operator müştəri yönümlü strategiyaya sadiqdir və sərfəli qiymətə əla xidmət təklif edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər