19 Sentyabr 2023 18:10
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Qeyd edilib ki, əslində Fransa xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.

Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.

Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər