14 Yanvar 2015 14:03
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın prezidenti: “Biznesmenlər elmin istehsalata cəlb edilməsində maraqlıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) Akif Əlizadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, akademiyanın yeni nizamnaməsi hazırlanıb və artıq AMEA yeni hüquqi formatda işləməyə başlayıb: “Bundan sonra Akademiyanın gələcəyi, kadrların cəlb olunmasına yeni formatda baxılacaq. Alimlərin yataqxanasının yerində inşa olunan binanın tikintisi yekunlaşmaqdadır. Hesab edirəm ki, yaxın zamanda həmin tikinti işləıri yekunlaşacaq, alimləri sevindirəcək xəbərlər verəcəyik”.

Akif Əlizadə innovativ baxımdan da aparılan yeniliklərdən də danışıb: “Biznesmenlərlə danışıqlar aparmağa hazırıq. Bu, bir yenilikdir. Akademiya ötən ildən tədricən büdcədənkənar vəsaitlər əldə etməyə başlayıb. Bu, hələ ki, ilk addımlardır. Sevidirici haldır ki, biznes rəhbərləri, holdinqlər akademiyaya diqqəti artırıblar. Onlar da elmi yeniliklərin istehsalata cəlb edilməsini hiss edirlər”.

Elmi yeniliklərdən danışan A.Əlizadə bildirib ki, fiziklər, bioloqlar fotosintez sahəsində işlərini davam etdirirlər və bu sahədə uğurlu yeniliklər əldə edilib: “Terapevtik zülallar əldə edilib. İnformasiya texnologiyaları baxımdan akademiayadan öndə gedən yoxdur. Bunu dəqiq hesablamamımışıq, lakin hesab edirəm ki, bu belədir. Geoloqlar da işlərini uğurla davam etdirir. Bundan başqa institutlarımız başqa ölkələrlə şərikli laboratoriyalar yaradıb istifadə edirlər. Bundan başqa Azərbaycan elmi 70 il ərzində humanitar elmlərə böyük diqqət yetirib. Azərbaycanda humanitar elmin peşəkarları olub. Humanitar sahə akademiyanın fəaliyyətinin yarısını təşkil edir. Məqsəd Azərbaycan dilinin, fəlsəfəsini kommunizm fəlsəfəsindən uzaqlaşdırıb, dünya elminə yönəltməkdir. Buna görə də humanitar elm sahələri diqqətimizdədir”.

NİGAR


Müəllif:

Oxşar xəbərlər