Binəqədi Rayon İcra Hakimiyyəti “Təmiz Binəqədi – Təmiz İdeya” adı ilə müsabiqəyə start verib.
Teleqraf.com-un məlumatına görə, yanvarın 14-dən 31-dək davam edəcək müsabiqənin məqsədi Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Mövzusu “Təmiz Binəqədi –Təmiz İdeya”olan müsabiqəsində iştirak etmək isətəyənlərin ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışması lazımdır.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, sərlövhələr mövzuya uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzetdə dərc olunmuş yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazı KİV-də yayımlandıqdan sonra müəllif tərəfindən şəxsən Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır. Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.
Naibə QURBANOVA