21 Sentyabr 11:00
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avrora” MMC-nin mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, Avrora Qrup və Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada şirkətin istehsal, ofis və satış əməkdaşları iştirak edib.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qeyd edək ki, qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndəriləcəkdir.


Müəllif: Teleqraf.com