Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, O.Məmmədovun vəzifədən azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir.
***
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub.
Teleqraf.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır.
Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib.
Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib.