22 Sentyabr 10:03
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.

Hakimlərin Seçki Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilmiş, 32 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanmış, onların qiymətləndirməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq, 28 avqust 2023-cü ildə çura tərəfindən müvafiq məsələyə baxılaraq, namizədlərlə söhbət və ixtisaslaşma aparılacaqdır.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı.


Müəllif: Hacı