Azərbaycanın bölgələrində “Nar”a qoşulmaq istəyən abunəçilər üçün “Yerlim+” tarifinin ilk abunə haqqı indi cəmi 2 AZN oldu! Bölgələrdə yaşayan abunəçilər “Yerlim+” tarifinə qoşulmaqla bütün ölkə ilə dəqiqəsi cəmi 5 qəpikdən danışa bilər.
“Yerlim+” tarifi çərçivəsində abunəçilərə bonus olaraq 100 dəqiqə ölkədaxili danışıq dəqiqələri, 300 MB internet və ödənişsiz “WhatsApp” yazışması təqdim edilir. Bölgələrdəki abunəçilər yeni “Nar” nömrəsini “Yerlim+” tarifində əldə etdiyi halda ilk ayın abunə haqqına 50% endirim əldə edir.
Xatırladaq ki, tarifin standart abunə haqqı aylıq 4 AZN-dir. Dəqiqələrə görə məbləğin hesablanması isə yalnız tarifin dəqiqə bonusları bitdikdən sonra aparılır. “Yerlim+” tarifi haqqında ətraflı: nar.az/yerlim-plus/
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir