25 Sentyabr 2023 18:09
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son 1 həftə ərzində (18-24 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargadan Teleqraf.com-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib. Bildirilib ki,son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumilikdə 7 684 217 test icra olunub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər