Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
Teleqraf.com xəbər verir ki, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi hökuməti tərəfindən göndərilən yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələri bölgəyə yanacaq göndərilməsilə bağlı xahişlərini nəzərə alaraq göndərilib.