Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 27.07.2023 cü il tarixdə " Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi "layihəsinin icrası çərçivəsində Biləsuvar rayonunda Qazilərə sosial-psixoloji yardımla bağlı seminar keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə mövcud qanunvericilik və qazilərin hüquqları, müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu, mövcud sosial problemlər və həlli yolları seminarın və müzakirənin mövzusu olub.
Görüş zamanı qazilərin sualları ekspertlər tərəfindən cavablandırılıb.
Tədbirdə Calal Əmənov- “Tərəqqi” STİB-nin sədri- proqram köməkçisi, İradə Nəsirova –Psixoloq, Sərraf Feyzullayev – hüquqşunas, Sədrəddin Əliyev – ekspert qismində iştirak ediblər.