Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova Anım Günü ilə bağlı Fəxri Xiyabanda general-mayorun məzarını ziyarət edib.
Səmayə Həşimova Teleqraf.com-a açıqlamasında oğlu ilə fəxr etdiyini deyib:
"Bütün şəhidlərimizin məkanı cənnət olsun. Allah valideynlərinə səbr versin. Nə edək, şəhid valideynlərinin əziyyəti belə imiş. Bir onu deyirəm ki, Polad Həşimovu bütün ölkə, bütün türk dünyası tanıyır.
Onunla fəxr edirəm ki, əziyyət çəkib böyütdüyüm balam başımı aşağı etməyib. Xalqım sağ olsun".