29 Sentyabr 2023 10:14
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qənirə xanım türk dünyasının sevimlisi idi".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım deyib.

"Onun ölümü bizim üçün çox kədərlidir. İkinci Qarabağ müharibəsindəki o həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir.

Qənirə xanım bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Çox sevəni var idi. Türkiyədə kimdən soruşsan hər kəsin onunla bir yaxşı xatirəsi var. Ən son Türkiyəni gəzib bir kitab yazmaq arzusunda idi. Amma ömür vəfa etmədi. Ruhu şad olsun".

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova millət vəkili Qənirə Paşayeva haqqında bu sözləri deyib:

"Hər dəfə Qənirə Paşayevaya deyirdik ki, səhhətinə diqqət et. Amma taleyi belə yazıbmış. Parlaq bir ulduz kimi parladı və ulduz kimi də getdi. Belə adamlar dünyaya çox az gəlir. Daxildən bilirdi ki, onu nə narahat edir. Bəlkə kiminsə xoşuna gəlmirdi, amma tez-tez problemləri gündəliyə gətirir, müzakirə edirdi. Qələmi ilə nə qədər mahnılar yazılıb və kitablar məşr olunub. Hərtərəfli istedadlı bir insan idi. Allah rəhmət eləsin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər