Sentyabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edən millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bacısı ilə fotosunu Ramiz Rövşənin “Ayrılıq” şeirinin məşhur misrası ilə paylaşıb:
“Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.