4 Oktyabr 2023 09:48
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Ölkədə müşahidə olunan faktiki havaya gəlincə, oktyabrın 4-ü saat 09:00-a olan məlumata əsasən hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Düşən yağışın miqdarı Qubada 29 mm, Şabranda 19 mm, Qusarda 18 mm, Lerikdə 17 mm, Gədəbəydə 15 mm, Neftçalada 14 mm, Altıağacda 9 mm, Yardımlı, Xaltanda 7 mm, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvarda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Göyçayda 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər