15 Yanvar 2015 14:54
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvar ayının 22-də saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin elektron poçt ünvanı, həmçinin telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər