6 Oktyabr 2023 11:54
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qətnamə Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Biz bu boz üzləri, nimdaş sifətləri son 30 ildə çox görmüşük. Lakin biz öz işimizlə məşğul olub qələbimizi təmin etmişik.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis bu gün keçirilən iclasında parlamentin sədr müavini Fəzail İbrahimli deyib.

O bildirib ki, bu qətnamənin Azərbaycana heç bir təsiri ola bilməz:

"Amma bu qətnamənin qəbulunda Ermənistanın yanında yer alan qüvvələrin istəyi var. Ermənistana şərt qoyulur ki, Moskva ilə hərbi müttəfiqlikdən, KTMT-dən imtina etsə, Brüssel ona dəstək verə bilər. Hansı ki, Ermənistanda Avropanın hərbi bazası yoxdur, bunu necə edə bilər. Belə yerdə deyirlər: Ağası gülüm olanın başına külüm olar. Bu qətnamənin heç bir hüquqi əsası da yoxdur".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər