7 Oktyabr 2023 00:38
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Baydenin bəyanatı Ağ Evin saytında yerləşdirilib.

“İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər