8 Oktyabr 2023 12:12
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Teleqraf.com-a Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

“İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər