10 Oktyabr 2023 13:39
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr edilən film çəkilə bilər.

Teleqraf.com verir ki, bu sözləri III "Korkut Ata" Film Festivalının zirvə görüşündə "35mm stüdyo hizmetleri" şirketinin rəhbəri Ahmet Edebali çıxışı zamanı deyib.

O bildirib ki, filmin ssenarisi hazırdır: "Türk dünyası Qarabağ savaşını və onun haqlı davasını daha çox Qənirə Paşayevadan eşidib. Biz bunları filmdə əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır, biz onunla da əlaqə saxlayacağıq, əgər onun razılığı və Mədəniyyət Nazirliyinin dəstəyi də olarsa, filmi çəkmək istəyirik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər