Yanvarın 15-də Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Məhəmmədtağı Pəkzad ilə görüşüb.
Bildirilib ki, ölkələrimiz arasında elm və texnologiya sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləsi önəmlidir.
Teleqraf.com-un məlumatına görə, söhbət zamanı qeyd edilib ki, yaxın günlərdə Azərbaycanın Gəncə və İranın Təbriz şəhərlərinin qardaşlaşması haqqında protokolun imzalanması nəzərdə tutulub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.