16 Yanvar 2015 11:31
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 23-də saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 35) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 22-si saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə


Müəllif: