19 Oktyabr 2023 11:41
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonundakı Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən yoxlamalar 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər aparılacaq.

Agentlik sürücülərə qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələrini tövsiyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər