“Biz Azərbaycan komandasını təmsil edirik. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən yarışmada bütün türk xalqları iştirak edir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan təmsilçisi Müşfiq Ağamalıyev Hadrudda baş tutan I Beynəlxalq Peşə Ustalığı Yarışmasında bildirib:
“Bu gün bizim ikinci turumuzdur. Çox xoşdur ki, bu cür qardaşlıq yarışı təşkil edilib. Bütün komandalara uğurlar arzu edirik. Qafqazda ilk dəfədir belə yarış təşkil edilib. İstərdik komandamız qalib gəlsin. Amma komandalar sırasında kumirlərimiz də var. Hamıya uğurlar arzu edirik. Bizim favoritimiz qardaş ölkə Tükiyə komandasıdır. İkinci favoritimiz isə Qazaxıstan komandasıdır. Çünki onların da energetika sahəsi çox güclüdür. Öz iştirakları ilə bunu sübut ediblər”.
Qeyd edək ki, I Beynəlxalq Peşə Ustalığı Yarışmasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Özbəkistan iştirak edir.