20 Oktyabr 2023 11:34
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əleyhinə olan qərar və qətnamələrin qəbul edilməsi o deməkdir ki, Prezident o dövlətlər, təşkilatlar üzərində də qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O qeyd edib ki, bu gün Azərbaycana qarşı qərəzli qətnamə qəbul edənlər azərbaycanlılar qaçqın və məcburi köçkünə çevriləndə xalqımıza bir sent belə yardım etməlidir: “Amma biz bunlara qarşı millət olaraq daha fəal olmalıyıq. Azərbaycanın yolu açıqdır. Yeni üfüqlər bizi gözləyir”.

Deputat Azər Badamov isə qeyd edib ki, Avropa İttifaqı bu gün Ermənistanla münasibətdə tamam fərqli mövqe tutub:

"Ermənistanın I Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı etmiş olduğu soyqırımı və etnik təmizləmə siyasətini nədənsə Avropa Birliyi görmür və görmək istəmir. Amma bunun əvəzinə guya ermənilərin II Qarabağ müharibəsində itkin düşdüyünü iddia edən Avropa İttifaqı ikiüzlü siyasətini açıq şəkildə ifadə edir”.

Deputat Vüqar Bayramov vurğulayıb ki, Qərb dairələrində Azərbaycana qarşı qərəzli qətnamələrin qəbulu ölkəmizin gücünü göstərən amildir:

"Amma buna baxmayaraq Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini uğurla icra edir: Bu ərazilərdə iqtisadi inteqrasiya həyata keçirilir. Burada aparılan işlər bölgənin ümumi daxili məhsuldakı payını daha da artıracaq. Qısa zamanda bu ərazilərin iqtisadi potensialından daha səmərəli istifadə olunacaq!".

Millət vəkili Azay Quliyev deyib ki, Fransa bu gün Azərbaycana qarşı verilən bəyanatlara başçılıq edir:

"Eyni zamanda Fransa sülh prosesini pozmaqla məşğuldur. Məqsəd Azərbaycanı günahkar çıxarmaqdır. Fransa bununla məsələni BMT səviyyəsinə daşımaq niyyətindədir. Brüssel danışıqları da məhz Fransa tərəfindən açıq şəkildə pozuldu".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər