Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.
O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.
Əldə etdiyimiz məlumata görə, N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.