Tovuzun Orta Yanıxlı kənd sakini Elvin Rəşidov qeyri-adi ixtirası ilə yadda qalıb.
Teleqraf.com Region TV-yə istinadən xəbər verir ki, o öz imkanları daxilində maşın ixtira edib. Sahibi bu qeyri-adi dizayna malik avtomobilin yığılmasına çox pul xərcləməyib. Elvin əvvəlcə hazırlayacağı maşının detallarını toplayıb. Həyətlərində işə başlayan konstruktorun avtomobil yığa biləcəyinə əvvəlcə heç kim inanmayıb: "Dedilər ki, bu nədi, neynirsən?. Deyəndə ki, maşın yığıram hamı güldü. Atam dedi ki, heç vaxt ola bilməz, yığa bilməyəcəksən. Qonşular gəlib baxırdılar, amma inanan yox idi.İşlədim iki həftədən sonra maşını çıxardıb sürdüm".
Onun sözlərinə görə, maşından hətta gəlin gətirmək üçün də istifadə edirlər: "Hətta gəlin gətirmək üçündə aparırlar maşını. Bir də görürsən ki, dostlarımla harasa gedirik yolda saxlayıb deyirlər ki, şəkil çəkdirim, oturub baxım. Çox böyük maraq göstərirlər".
Əsas hissələr "VAZ" markalı avtomobilin detallarıdır. Bəzi hissələrsə sırf əl işidi. Həmin detalları qəhrəmanım özü qaynaq vasitəsi ilə hazırlayıb. Təxminən saatda 160 klometr sürətlə hərəkət edən avtomobili hər kəs böyük maraqla qarşılayır.
İndi Elvinin iddiası daha böyükdür. Gənc ixtiraçı yeni texnika yaratmaq, heç olmasa yerdən 20 metr yüksəkliyə qalxmaq, uçmaq niyyətindədir: "Deyirəm heç kim inanmır. Bu maşını yığanda da inmırdılar. Amma yığdım. Təyyarəni də yığacam. Onu da insan yığıb da. Niyə də mən yığa bilməyim."