Qəbələ rayonu, Bum qəsəbə sakini Rəhimov Elçin Umar oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.