25 Oktyabr 2023 11:37
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda ümumi abortların sayı 31 747 olub.

Teleqraf.com xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulanadək cins seçiminə məruz qalmasıdır.

"2022-ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub", - Dövlət Komitəsinin məlumatında bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər