26 Oktyabr 2023 10:28
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə xəstəliyin qarşısının alınması üçün vaksinasiyanın vacibliyini vurğulanıb.

“Hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edirik”, - müraciətdə qeyd olunub.

Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər