Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.