29 Oktyabr 2023 15:18
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizamnaməyə görə Milli Məclisin komitə sədri olmayanda onu müavin əvəz edir. Mərhum Qənirə xanım Paşayeva vəfat etdiyi üçün onu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi mən əvəz edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.

O, növbəti çağırış seçkilərə bir il vaxt qaldığını və bu müddətdə sədr əvəzi kimi fəaliyyət göstərəcəyini bildirib. Növbəti seçkilərdə komitə sədrliyinə namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, Fazil Mustafa bildirib ki, deputat seçilərsə, bu barədə qərar verəcək: "Siyasi partiya sədri kimi seçkilərdə iştirak edəcəyəm, seçilərəmsə, o zaman düşünərik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər