29 Oktyabr 2023 20:36
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri keçirilib, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Türkiyənin Cümhuriyyət Bayramının Azərbaycanda təntənəli şəkildə qeyd olunmasından, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər