30 Oktyabr 2023 23:00
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir.

Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər