31 Oktyabr 2023 11:33
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 871 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Teleqraf.com XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteninə istinadən xəbər verir ki, bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Bununla yanaşı, 1-ci yarımildə Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsində xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər