Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 19-da lisenziyasını ləğv etdiyi "Muğan Bank" ASC-dəki sığortasız vəsaitlərin böyük hissəsi 1 fiziki və 2 hüquqi şəxsə məxsusdur.
Teleqraf.com xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Muğan Bank"da 100 milyon manatdan çox sığortasız vəsait olub. Bu vəsaitin 76 milyonu fiziki şəxslərindir. 76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Hüquqi şəxslərin isə Bankda 20 milyon manatdan çox vəsaiti olub. Bunun da yarısı iki şirkətindir", - deyə o qeyd edib.