2 Noyabr 2023 12:16
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, O.Hacılı Müsavat Partiyasının başqanı Arif Hacılının oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər