17 Yanvar 2015 17:30
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllim istəsə attestasiyadan keçib daha yüksək maaş alacaq

“Regionlarda sınaq qiymətləndirməsindən uğurla keçən müəllimlərin də maaşı artırılacaq”.

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin əməkhaqqının artırılması üçün prezident İlham Əliyevin verdiyi sərəncamla əlaqədar bu gün mətbuat konfransı keçirdi. Nazir bildirdi ki, sərəncam öncə 30 min müəllimə şamil olunacaq ki, onlar da ötən il Bakı şəhər məktəblərinin müəllimləri arasında keçirilən sınaq qiymətləndirməsindən uğurlu nəticə qazananlardır: “Bu sərəncamın humanist tərəfi ondan ibartədir ki, əməkhaqqı artımı hər bir müəllimə tətbiq olunub. Amma bizim son məqsədimiz odur ki, yüksək nəticə göstərən müəllimlə aşağı nəticə göstərən müəllim arasında fərq məhz əməkhaqqı fərqi ilə müəyyənləşsin”.

Nazir bildirdi ki, sınaq qiymətləndirməsindən yüksək nəticə göstərən müəllimin dərs yükünün artırılması istiqamətində tədbirlər görülür: “Azərbaycanda müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həm də iş saatının az olmasıdır. Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.

Müəllimlərin əməkhaqqının hansı vaxtdan artımına gəlincə nazir bildirdi ki, sərəncam bu il yanvarn 1-dən qüvvəyə minib. Amma hansı müxanizmlə həyata keçiriləcəti ilə bağlı Nazirlər Kabineti il birgə nazirlik tədbirlər planı hazırlayacaq.

Mikayıl Ccabbarov onu da qeyd etdi ki, sonrakı mərhələlərdə müəllimlərin attestasiyası da keçiriləcək ki, əməkhaqqının daha da yüksəldilməsi təmin olunacaq: “Hər bir müəllim xüsusi attestasiyadan keçməzdən öncə xüsusi təkmilləşmə, hazırlıq kursu keçəcək. Müəllim zəif tərəfləri nədədir bunu bilir və bunu aradan qaldırmaqda bu kursların xüsusi rolu olacaq. Dövlət öz müəlliminə bir daha imkan yaradacaq ki, o, öz bilik keyfiyyətini artırsın, attestasiya keçsin və bunun müqabilində də yüksək əməkhaqqı alsın. Yəni müəllim istəsə attestasiyadan keçib daha yüksək əməkhaqqı almaq imkanı qazanacaq”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər