5 Noyabr 2023 11:22
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbul keçirilir. Bu da namizədlərin 7 faizini təşkil edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dövlət İmtahan Mərkəzində Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesində deyib.

“Ümid edirik ki, imtahandan uğurla keçən namizədlər Naxçıvanda fəaliyyətlərini davam etdirəcək və beləliklə, muxtar respublikada olan vəkil azlığı aradan qalxacaq. Gələcəkdə də bu imtahan müntəzəm keçiriləcək. Həm Bakıda, həm də regionda yaşayan vəkilləri bu imtahanlarda iştirak etməyə dəvət edirik”-deyə, o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər