13 May 2014 15:15
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova “Gündəlik” verilişinin qonağı olub.

Məlumata görə, muğam ifaçısı atalara həsr olunmuş proqramda A.Qasımovun ciddiliyindən, evdəki davranışından danışıb:

“Ailə kiçik məmləkətdir. Onun şahı atadır. Şah da Allahın hökmlərini evdə icra edəndir. Alim müəllim də bizim evin şahıdır. Onun öz daxili aləmi var. Biz dərdimizi, sözümüzü hər an ona deyə bilmərik. Gözləməliyik ki, əhvalı yaxşı olsun, onun nəbzini tutmalıyıq, o əsəbləşəndə sakit durmalıyıq. Anam deyir ki, bu kişinin nəbzini tuta bilmirik. Amma bu sərtliklə yanaşı onun mülayim halı da var. Evdə şənlik yaratmağı xoşlayır. Nəvələri onunla qürur duyur. Yolda polis saxlayanda qışqırırlar ki, biz Alim Qasımovun nəvələriyik ey, niyə bizi salxayırsan”. /axşam.az/


Müəllif: